Qax rayonunda intihar hadisəsi baş verib

Bazar, 16 Febral 2014 14:12

Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Ləkit kəndində qeydə alınıb.

1971-ci il təvəllüdlü kənd sakini Hacıyev Hafiz Bədrəddin oğlu özünü yaşadığı evdə tavandan asaraq intihar edib.

Qax RPŞ-dən bildirilib ki, Hafiz Hacıyev evli olub və son illər əsəb xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bu ölkənin şimal-qərb bölgəsində fevral ayı ərzində baş vermiş dördüncü intihar hadisəsidir.


Bu xəbəri paylaş:

Oxunub 159 dəfə
  • XƏBƏR LENTİ

Arxiv

« July 2014 »
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

Sayğaclar


 
Livescore